Xəbər lenti

Nərimanovda restoranın qarşısında kütləvi dava (VİDEO)
Ölkə 16:38 13.04.2026

Nərimanovda restoranın qarşısında kütləvi dava (VİDEO)

Bakıda yerləşən restoranlardan birinin qarşısında kütləvi dava düşüb.

Qaynarinfo Milli.Az-a istinadla xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən "Tempo Baku" restoranının qarşısında baş verib.

Belə ki, bir qrup sərxoş şəxs arasında mübahisə baş verib və daha sonra mübahisə davaya çevrilib. 

Tərəflər bir-birlərinə xəsarətlər yetiriblər.
 
*** 
Dava ilə bağlı "Tempo Baku" restoranı da açıqlama verib.

Restorandan bildirilib ki, hadisə obyektin fəaliyyəti ilə əlaqəli deyil: "Hadisədə iştirak edən şəxslərin restoranla və ya onun fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".

--> -->