"Özümü yaxşı hiss etmirəm, əsəb keçirirəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva qızı Məryəmin toy hazırlıqlarından danışarkən deyib.
Aktyor narahatlıq keçirdiyini açıqlayıb:
"Çox həyacanlıyam, narahatam, övladlarına toy edən adamları indi başa düşürəm. Məryəmin xeyir işi qısa müddətdə baş verib - nişan, xınayaxdı, "zaks" və indi də toy. Toya 500-ə nəfər dəvət olunub. Öğlan-qız toyu bir yerdədir. Mənə çox çətindir, ağır bir tədbirdir. Bu səbəbdən çox narahatam. Bu narahatlıq da məndə stress yaradıb. Bütün günü gərginlik içərisindəyəm, bu da səhhətimə təsir edir".
Aktrisa qızının toy mərasiminin bütün təşkilatı işlərini öz üzərinə götürüb:
"Ağır prosesdir, təşkilatı işləri çoxdur, beynim yorulub. Hər şeyi dədiqliyi ilə sevirəm. Toy çox çətindir. Düzdür, adam sevinir ki, övladının toyudur, gəlin köçür, amma hazırlıqları çox çətindir".
Qeyd edək ki, Xalq artisti Naibə Allahverdiyevanın qızının toyu məclisi aprelin 29-də keçiriləcək.
Bahar Rüstəmli
Şərhlər