Xəbər lenti

Ramazan ayının doqquzuncu günü: İmsak və iftar vaxtı, günün duası
Ölkə 21:01 26.02.2026

Ramazan ayının doqquzuncu günü: İmsak və iftar vaxtı, günün duası

Fevralın 27-i Ramazan ayının doqquzuncu günüdür.

Qaynarinfo xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan ayının təqviminə əsasən, Bakıda imsak vaxtı saat 05:53, iftar vaxtı isə saat 18:43-dür.

Ramazan ayının doqquzuncu gününün duası:

Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl- müştaqin.

Tərcüməsi:

İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!

İftardan qabaq oxunan dua:

İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət Sahibi, günahlarımı bağışla!

Qeyd edək ki, müsəlmanların müqəddəs ayının Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə düşür.

Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda Ramazan bayramı martın 20, 21-i qeyd olunacaq.
--> -->