Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü və Böyük Britaniyadakı səfir Valeri Zalujni hazırkı prezident Volodimir Zelenskiyə rəqib olmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bunu jurnalist Ketri Livinqston Zalujnnin komandasındakı bir mənbəyə istinadən yazıb.
Onun məlumatına görə, keçmiş baş komandan prezident seçkilərinə hazırlaşır. Bunun rəsmi təsdiqi hələ yoxdur, həmçinin seçki kampaniyasının başlanması barədə də elan olunmayıb. Lakin, Zelenski yaxın zamanda, müharibə vəziyyətinə son qoyulduqdan dərhal sonra yeni seçkilərin tamamilə mümkün olduğunu təsdiq etmişdi.
Livinqston iddia edir ki, Zalujnının seçki qrupuna general-leytenant Sergey Naev rəhbərlik edəcək. Qərargah rəhbərinin müavini isə deputat Viktoriya Syumar (Avropa Solidarlığı Partiyası) olacaq. Kampaniyanın media hissəsinə keçmiş "BBC-Ukrayna" jurnalistı Oksana Torop rəhbərlik edəcək. Beynəlxalq strategiyadan isə keçmiş Deyzinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri, hal-hazırda NABU-nun (Korrupsiya ilə Mübarizə Agentliyi) direktor müavini olan Polina Lısənko məsuliyyət daşıyacaq.
Zalujni isə özü hələ ki, siyasi planları barədə danışmaqdan çəkinir. Ukrarada keçirilən sorğularda o, artıq uzun müddətdir ki, qalib gəlmə şansı yüksək olan, Zelenskinin potensial rəqibi kimi qiymətləndirilir.
Aydın
Şərhlər