2026-cı ildə "sakit dəbdəbə” anlayışı getdikcə daha az xatırlanır, çünki onun yerini tədricən maksimalizm və obrazların fərdiləşdirilməsi tutur.
Qaynarinfo xəbər verir ki, "Real Simple” nəşrinin stilistlərinin bildirdiyinə görə, məhz bu meyl bu qışın əsas zinət əşyası trendlərində öz əksini tapır.
Ön plana nəzərəçarpan, cəsarətli və bəzən hətta nostalji ruhlu aksesuarlar çıxır. Nəşr bu mövsüm dəbdə olacaq altı əsas bəzəyi seçib:
1. Muncuqlu zərgərlik əşyaları
Muncuqlu zərgərlik əşyaları geri qayıdır, lakin bu dəfə uşaq sadəlövhlüyü olmadan. 2026-cı ildə dizaynerlər və stilistlər biserdən hazırlanmış çoxqatlı boyunbağılar, qolbaqlar və sırğalara üstünlük verirlər. Bu cür zinət əşyaları hətta təmkinli obrazlara da asanlıqla uyğunlaşır və artıq teatrallıq yaratmadan rəng və xarakter qatmağa imkan verir.
2. Qalın gümüş zinət əşyaları
Qalın gümüş üzüklər, qolbaqlar, sırğalar və zəncirlər mövsümün ən nəzərəçarpan trendlərindən birinə çevrilib. Qalın gümüş həm minimalist geyimlərlə, həm də daha mürəkkəb siluetlərlə yaxşı uyğunlaşır. Bu trend həm dəbə yeni başlayanlar, həm də üslubla uzun müddətdir eksperiment edənlər üçün uyğundur.
3. Nənənin broşları
Bir vaxtlar broşlar köhnəlmiş hesab olunurdu, lakin məhz bu reputasiya onların geri dönüşü üçün ideal zəmin yaradıb. 2026-cı ilin qışında broşlar yenidən aktualdır – həm vintaj, həm də müasir interpretasiyalarda. Onları təkcə palto yaxalarında deyil, çiyində, sviterin yaxasında, şərflərdə və hətta saçda da taxırlar. Belə bir bəzək obraza dərhal fərdilik qatır.
4. Metalların qarışığı
"Qızılı və gümüşü birlikdə taxmaq olmaz” qaydası artıq aktuallığını tam itirib. 2026-cı ildə metalların qarışdırılması səhv deyil, əksinə, dəbli üsuldur. Əsas odur ki, hər şeyi həddindən artıq planlaşdırmayasınız və özünüzə eksperiment azadlığı verəsiniz.
5. Parlaq qiymətli daşlar
Rəngə olan maraq artır və bu, zinət əşyası trendlərində aydın hiss olunur. Safirlər, yaqutlar, zümrüdlər və ametistlər üzüklərdə, sırğalarda və boyunbağılarda getdikcə daha tez-tez görünür, çünki onlar obraza dərinlik və unikallıq qatır. Onları taxmağın ən asan yolu neytral geyimlərlə birləşdirmək və ya libasın rəng palitrasını dəstəkləyən vurğu kimi istifadə etməkdir.
6. Vurğulu saatlar
Fitnes-trekerlərin uzun illər hökmranlığından sonra klassik saatlar yenidən dəbə qayıdır. Həm daşlarla bəzədilmiş zərif modellər, həm də kütləvi vintaj saatlar trenddədir. Stilistlər obrazı saat ətrafında qurmağı məsləhət görürlər: ya onu yeganə bəzək kimi saxlamaq, ya da incə qolbaqlarla birləşdirmək.
Aydın
Şərhlər