Xəbər lenti

Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi
Ölkə 09:38 13.01.2026

Gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edildi

Yaxın günlərdə Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi, havanın temperaturunun aşağı düşəcəyi, xüsusilə gecə və səhər saatlarında mənfi dərəcələrin müşahidə olunacağı, dağlıq və dağətəyi ərazilərdə isə qar yağmasının gözlənildiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sürücülərdən, xüsusilə dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən son dərəcə diqqətli olmaları xahiş olunur. İdarə etdikləri nəqliyyat vasitələrinin qış fəslinə uyğun texniki cəhətdən saz vəziyyətdə olmasına, ən azı qış şinləri ilə təchiz edilməsinə xüsusi diqqət yetirilməlidir.

Qeyd olunan tələblərə əməl edilmədiyi təqdirdə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yarana, bu isə digər hərəkət iştirakçılarına maneələr törədə, yollarda sıxlıq və ləngimələrə səbəb ola bilər. Eyni zamanda, bu cür hallar Agentliyin qar təmizləyən və yol istismarına cəlb olunan xüsusi texnikasının zəruri ərazilərə vaxtında çatmasına da əngəl yarada bilər.

Bu üzdən qurum sürücüləri hava şəraitini nəzərə almağa və səfərə hazırlıqlı çıxmağı tövsiyə edir.
--> -->