Xəbər lenti

Samirə Əliyeva qurumlara irad tutdu
Sənət 09:03 14.01.2026

Samirə Əliyeva qurumlara irad tutdu

Aşıq Samirə Əliyeva sosial şəbəkədə bəzi qurumlara müraciət edib.

Qaynarinfo xəbər verir ki, aşıq paylaşımında milli musiqi alətlərinin düzgün təqdim olunmasının vacibliyini vurğulayıb.

"Saz aləti ilə paylaşım edən hörmətli qurumlar! Xahiş edirəm, diqqətli olun. Təqdim etdiyiniz alət Azərbaycana məxsus saz deyil. Digər xalqlara aid olan, saza bənzər bir musiqi alətini saz kimi təqdim edirsiniz. Hər zaman dəstək olmağa hazıram. Yetər ki, doğru olanı təqdim edək. Milli dəyərlərimizin qorunmasına bu qədər diqqət və qayğı göstərildiyi bir vaxtda, özümüz belə nöqsanlara yol verməyək",-deyə Samirə Əliyeva qeyd edib.
--> -->