Xəbər lenti

AFFA-nı təhqir edən klub prezidentinə ağır cəza verildi
İdman 16:24 14.01.2026

AFFA-nı təhqir edən klub prezidentinə ağır cəza verildi

Region Liqasında çıxış edən "VT Gəncə" komandasının prezidenti 10 oyunluq cəzalandırılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

Belə ki, ötən il dekabrın 29-da AFFA Region Liqasında keçirilməli olan "Xocalı" PFK - "VT Gəncə" oyununda "VT Gəncə" komandasının prezidenti Hacıbala Əzimov AFFA-nı və hakimləri təhqir etdiyi üçün növbəti 10 oyuna buraxılmayacaq.
--> -->