"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli" ilə üz-üzə gələcək.
"Stadio Diego Armando Maradona" stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.
"Qarabağ" Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.
Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın "Benfika" (3:2), Danimarkanın "Kopenhagen" (2:0) komandalarını məğlub edib. İspaniyada "Atletik"ə uduzan (1:3) "köhlən atlar" Bakıda İngiltərə təmsilçisi "Çelsi" ilə bərabərə qalıb - 2:2.
Çempionlar Liqası
Liqa mərhələsi, V tur
26 noyabr
00.00 Napoli (İtaliya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa).
VAR: Pol van Bukel (Niderland).
AVAR: İvan Bebek (Xorvatiya).
Neapol, "Stadio Diego Armando Maradona".
Şərhlər