Xəbər lenti

İKZF keçmiş nazirdən 360 min manatlıq avtomobil alır
Ekonomiks 16:06 25.11.2025

İKZF keçmiş nazirdən 360 min manatlıq avtomobil alır

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) "İmprotex Motors” şirkəti ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilədə avtonəqliyyat vasitələrinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 360 000 manatdır. 

İKZF bu məbləğə şirkətdən 4 ədəd avtomobil alacaq. Avtomobillərin 3-ü komfort, 1-i isə biznes sinfinə daxildir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "İmprotex Motors" MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Füzuli Həsən oğludur. 

Füzuli Ələkbərov 2006-2013-cü illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işləyib 2013-cü ildə baş verən "İsmayıllı hadisələri”ndən sonra tutuduğu vəzifədən azad edilib. 

Füzuli Ələkbərov nazir olmazdan əvvəl biznes fəaliyyəti ilə məşğul olub. O, 1991-ci ildə "İmprotex” şirkətini yaradıb. Füzuli Ələkbərov nazir olduqdan sonra bu şirkət holdinqə çevrilib. Hazırda "İmprotex Group”un tərkibində bir neçə şirkət fəaliyyət göstərir. Bunlar "İmprotex Trucks & Buses”, "İmprotex Industries” "İmprotex Motors” və "Imagro” şirkətləridir.  

"İmprotex Group”un rəsmi saytında qeyd edilib ki, bu şirkətlərin əməkdaşlıq etdiyi dünya brendlərinə "Rolls Royce”, "BMW”, "MAN Truck & Bus SE”, "Bobcat”, "Massey Ferguson”, "Hardox” və başqa bir neçə dünya nəhəngləri daxildir.

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->