Xəbər lenti

DÇ-2026: Azərbaycan millisi Parisdə uduzdu - 0:3
İdman 00:40 11.10.2025

DÇ-2026: Azərbaycan millisi Parisdə uduzdu - 0:3

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.

Qaynarinfo-nun məlumatına görə, Parisdəki "Park de Prens" stadionda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.

Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

DÇ-2026
Seçmə mərhələ
D qrupu, III tur

10 oktyabr
Fransa - Azərbaycan 3:0
Qollar: Kilian Mbappe, 45+2-pen. Ardien Rabyo, 69. Florian Tauvin, 84.
Fransa: 16. Mayk Menyan, 2. Malo Qusto, 17. Vailliam Saliba, 4. Dayo Upamekano, 22. Teo Ernandes, 21. Kepren Türam, 14. Ardien Rabyo, 11. Maykl Olise, 7. Kinqsli Koman, 9. Uqo Ekitike, 10. Kilian Mbappe (k).
Ehtiyat oyunçular: Samba, Şevalye, Din, Kunde, Kamavinqa, Kane, Akliuş, Mateta, Kinate, Nkunku, Toven, L.Ernandes.
Baş məşqçi: Didye Deşam.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 11. Rüstəm Əhmədzadə, 8. Emin Mahmudov, 15. Abdulah Xaybulayev, 7. Toral Bayramov, 10. Mahir Emreli.
Ehtiyat oyunçular: Aydın Bayramov, Rza Cəfərov, Rail Məmmədov, Murad Xaçayev, Anatoli Nuriyev, Renat Dadaşov, Abbas Hüseynov, Rəhman Daşdəmirov, Cəlal Hüseynov, Nəriman Axundzadə, Faiq Hacıyev, Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Rohit Saqqi, Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen, Daniel Higraff (Norveç).
VAR: Tom Harald Hagen (Norveç).
AVAR: Siqurd Krinqstad (Norveç).
"Park de Prens", Paris.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->