Xəbər lenti

Heyvanlar aləmində unikal fenomen: Atın necə kişnəyir?
Dünya 10:44 28.02.2026

Heyvanlar aləmində unikal fenomen: Atın necə kişnəyir?

Bir çox insan bilir ki, atlar müxtəlif vəziyyətlərdə kişnəyə bilirlər. Amma atların bu xarakterik səsləri necə çıxardıqları uzun müddət alimlər üçün sirr olaraq qalıb. 

Qaynarinfo xəbər verir ki, "Associated Press” xəbər agentliyinə görə, alimlər atların necə kişnədiyini anlamağa yaxınlaşıblar.

Bildirilir ki, kişnəmə yüksək və aşağı tezlikli səslərin qeyri-adi birləşməsindən ibarətdir və eyni anda çıxan xırıltı və qışqırıq qarışığına bənzəyir. Aşağı tezlikli səslər alimlər üçün böyük sirr deyildi. Bu, havanın səs aparatındakı toxuma zolaqlarından keçərkən titrəməsi nəticəsində yaranır.

Lakin atların kişnəməsi yüksək tezlikli hissə uzun illər araşdırmacılar üçün sirr olaraq qalıb. Agentlik qeyd edib ki, iri heyvanlar adətən daha böyük səs aparatına malik olur və daha aşağı səslər çıxarırlar.

Yeni tədqiqatlara görə, atlar kişnəyəndə fit çalırlar. Bunu öyrənmək üçün alimlər atların burununa kiçik kamera yerləşdiriblər və kişnəyərkən orada baş verənləri izləyiblər.

tədqiqatçılar müəyyən ediblər ki, kişnəmənin sirli yüksək tonları səs aparatında başlayan bir növ fit səsidir. Hava səs aparatındakı toxumaları titrədikcə, bir qədər yuxarıdakı sahə daralır və fit üçün kiçik dəlik yaranır.

"Heç vaxt düşünməzdim ki, kişnəmədə fit komponenti var. Bu həqiqətən maraqlıdır və indi mən bunu eşidə bilirəm", deyə Konnektikut Universitetində atlar üzərində tədqiqat aparan Cennifer Nado jurnalistlərə bildirib.

Agentlik əlavə edib ki, bəzi kiçik gəmiricilər, məsələn, siçanlar və siçovullar, eyni şəkildə fit çalırlar, amma atlar elmə məlum olan ilk iri məməlilərdir ki, bu bacarığa sahibdirlər. Bu, məlum olan yeganə heyvanlardır ki, səs telləri vasitəsilə kişnəyərkən fit çala bilirlər.

Aydın

--> -->