Bakının mərkəzində 3 bina sökülür.
Qaynarinfo-nun qafqazinfo-ya iatinadla verdiyi məlumata görə, söhbət Nəsimi rayonu Xaqani küçəsi 54 və Üzeyir Hacıbəyli 51 ünvanlarında yerləşən beşmərtəbəli və Kövkəb Səfərəliyeva 2 ünvanında yerləşən çoxmərtəbəli binadan gedir.
Bir-birinə yaxın yerləşən bu binaların sakinləri artıq oradan köçürülüb. Hazırda söküntünün aktiv mərhələsinə hazırlıq işləri görülür.
Digər məlumata görə, sökülən binaların yerində tikinti şirkətlərindən biri tərəfindən daha böyük kompleks inşa ediləcək.
Şərhlər