İranın cənubundakı Minab şəhərində ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində məktəbin təxminən 160 şagirdi həlak olub.
Qaynarinfo ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bildirib.
"İsrailin Minab şəhərindəki məktəbə hücumu zamanı 150-160 qızımız həlak olub və bu, böyük cinayətdir", - deyə o bildirib.
19.57
İranın cənubunda yerləşən Minab şəhərində qızlar məktəbinə endirilən zərbə nəticəsində həlak olanların sayı 85 nəfərə yüksəlib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Tasnim" agentliyi Minab Prokurorluğuna istinadən məlumat yayıb.
17.17
İranda Miyanab bölgəsində qızlar məktəbinə hava zərbələri nəticəsində ölən şagirdlərin sayı artıb.
Qaynarinfo "Tasnim"ə istinadən xəbər verir ki, hadisə zamanı ölən şagirdlərin sayı 57 nəfərə çatıb.
16.01
İsrailin İran ərazisinə hücumları nəticəsində Minabdakı məktəbdə həlak olanların sayı 40 nəfərə yüksəlib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə İran KİV-ləri xəbər verir.
Bundan başqa, bildirilir ki, zərər çəkənlərin sayı 48 nəfərə yüksəlib.
15.34
İsrailin hücumları nəticəsində İranın Minab şəhərində (Hörmözqan əyaləti) qızlar üçün ibtidai məktəbdə 24 şagird həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mehr news" agentliyi əyalət başçısı Məhəmməd Radmehrə istinadən məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər əyalətdə qızlar üçün "Şəcərət Tayibə" ibtidai məktəbi İsrail qüvvələrinin hücumuna məruz qalıb. Nəticədə şagirdlər həlak olub.
Şərhlər