Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı yaradılıb.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevin əmri ilə filialın direktoru vəzifəsinə Həsənov Namiq Eldar oğlu təyin edilib.
Qeyd edək ki, bundan əvvəl sözügedən qurumun adı Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı olub.
Bundan əvvəl DSMF-də filalların sayı 7-dən 8-ə yüksəlib. Belə ki, İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filialı yaradılıb və Mirzəyev Əlipaşa Rauf oğlu direktor təyin olunub.
Xatırladaq ki, Əlipaşa Mirzəyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondu Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri olub.
Onu da qeyd edək ki, Azərbaycanda əksər dövlət qurumlarında ixtisarların aparıldığı bir dönəmdə DSMF-də yeni filalların yaradılması başa düşülən deyil.
Aydın
Şərhlər