Aparılan elmi araşdırmalar qatığın bağırsaq mikroflorasını dəstəklədiyini və xüsusilə qalın bağırsağın proksimal hissəsində xərçəng riskini azalda bildiyini göstərir. Mütəxəssislər bildirirlər ki, gündə iki porsiya qatıq istehlakı riskin təxminən 20 faizədək azalmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, qqastroenterologiya və daxili xəstəliklər üzrə mütəxəssis qeyd edir ki, yoğurtun tərkibində olan faydalı bakteriyalar bağırsaq florasının tarazlığını qorumağa kömək edir. Onun sözlərinə görə, xüsusilə laktobasillus və bifidobakterium növləri iltihabi prosesləri zəiflədə və bağırsaq mühitini sağlam saxlaya bilər. Bu baxımdan qatıq təbii qoruyucu vasitə kimi qiymətləndirilir.
Son illər bağırsaq sağlamlığı ilə qidalanma arasındakı əlaqə geniş şəkildə araşdırılır. Yeni yayımlanan tədqiqatların nəticələrinə əsasən, qatıq istehlakı bağırsaq mikroflorasına müsbət təsir göstərərək qalın bağırsaq xərçənginə qarşı qoruyucu rol oynaya bilər.
Müşahidələr göstərib ki, gündə iki porsiya qatıq qəbul edən şəxslərdə, xüsusilə qalın bağırsağın proksimal kolon adlanan hissəsində xərçəngə tutulma ehtimalı daha aşağıdır. Tədqiqatçılar hesab edirlər ki, faydalı bakteriyalar bağırsağın selikli qişasını möhkəmləndirir və zərərli maddələrin təsirini azaldır.
Qatıq yalnız faydalı bakteriyalarla deyil, həm də kalsium və bioloji fəal birləşmələrlə zəngindir. Bu maddələr bağırsaq səddinin güclənməsinə, funksiyalarının yaxşılaşmasına və zərərli maddələrin sorulmasının qarşısının alınmasına kömək edir.
Mütəxəssislər vurğulayırlar ki, qıcqırdılmış qidaların, o cümlədən qatığın müntəzəm istehlakı bağırsaq mühitinin tarazlığını qorumaqla yanaşı, uzunmüddətli dövrdə xərçəng riskinin azalmasına da töhfə verə bilər.
Bununla yanaşı, məhsul seçiminə diqqət yetirilməsi tövsiyə olunur. Şəkər əlavə olunmuş və ya süni qatqılar olan qatıq əvəzinə təbii və faydalı bakteriyalarla zəngin məhsulların seçilməsi məqsədəuyğun hesab edilir.
Günay
Şərhlər