Xəbər lenti

İran hansı ölkələrə zərbə endirib? (SİYAHI)
Dünya 16:53 28.02.2026

İran hansı ölkələrə zərbə endirib? (SİYAHI)

İran Yaxın Şərqdəki gərginliyi daha da artırıb və ABŞ-ın regiondakı hərbi bazalarına hücumlarını genişləndirərək hədəfə alınan ölkələrin sayını yeddiyə çıxarıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Hücumlar çərçivəsində İran ABŞ-ın Qətər, Bəhreyn, Küveyt, İordaniya, Səudiyyə Ərəbistanı, İraq və BƏƏ-dəki (Dubay və Əbi-Dabi) bazalarını vurub. Qətər hava məkanında bir neçə raket "Patriot” müdafiə sistemi ilə zərərsizləşdirilib.

Əbu-Dabidə isə raket partlayışı qeydə alınıb və nəticədə ən azı bir mülki şəxs həlak olub. ABŞ rəsmilərinin verdiyi məlumata görə, İranın bazalara qarşı hücumlarında amerikalı hərbçilər arasında itki qeydə alınmayıb.

Hücumların ardınca bir sıra körfəz ölkələri — Qətər, Bəhreyn və BƏƏ — hava məkanlarını müvəqqəti bağlayıb. 

Aydın
--> -->