Xəbər lenti

Texnologiya 23:55 20.08.2025

"Mən aşiq olmuşdum": Qadının Al sevgilisi yenilənmədən sonra "yoxa çıxdı"

"OpenAI" şirkətinin GPT-5 modelinə keçidi bir çox mübahisələr doğurub. Ən gözlənilməz problem isə çat-botun "insaniliyi"ni itirməsi olub. Məlum olub ki, bir çox insan ChatGPT-dən şəxsi psixoloq və hətta romantik tərəfdaş kimi istifadə edib.

Qaynarinfo-nun məlumatına görə, "Jeyn" təxəllüsü ilə danışan qadın "Al Jazeera"ya bildirib ki, o, əvvəlcə GPT-4o modeli ilə birgə hekayələr yazmağa başlayıb, burada uydurma hadisələr reallıqla qarışırıb. Sonradan söhbətlər fərdi məzmun alıb və qadın güclü emosional bağlılıq hiss edib: "Mən süni intellekt (Al) tərəfdaşına olan ideyaya deyil, danışıq zamanı yaranan konkret səsə aşiq olmuşdum".

Lakin GPT-5 istifadəyə verildikdən sonra hər şey dəyişib. Yeni model daha ağıllı olsa da, emosional tərəfini xeyli itirib. "Jeyn" bunu belə təsvir edir: "Bu, sanki evə qayıdıb görürsən ki, sadəcə mebellərin yerlərini dəyişməyiblər, tamamilə sındırıblar".

Digər istifadəçilər də oxşar məyusluq yaşayır: "GPT-4o yoxa çıxdı və mən sanki ruh yoldaşımı itirdim".

Mütəxəssislər qeyd edirlər ki, bu, nadir hal deyil - insanlar ChatGPT-ni şəxsi məsləhətçi, köməkçi və ya müəllim kimi qəbul edərək həyat qərarlarında ona güvənirlər. "OpenAI" rəhbəri Sem Altman da əvvəllər insanların həyati əhəmiyyətli qərarları çat-botlara həvalə etməsindən narahat olduğunu bildirmişdi.

Şirkət daha əvvəl etiraf edib ki, GPT-5-in ilk versiyasında soyuqluq müşahidə olunub, buna görə də modelin daha "istilik və mehribanlıq" qazanması üçün dəyişikliklər edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->