Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında "Neftçi" "Zirə"nin qonağı olub.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
63-cü dəqiqədə "ağ-qaralar"ın heyətində İmad Faraj fərqlənib. 90+5-ci dəqiqədə Brahim Konate "qartallar"ın bərabərlik qolunu vurub.
Xallarının sayını 44-ə çatdıran "Neftçi" beşinci pillədə qərarlaşıb. "Zirə" 45 xalla dördüncüdür.
Günün ilk görüşündə "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, tura aprelin 19-da yekun vurulacaq.
Şərhlər