Xəbər lenti

İdman 21:25 28.08.2025

"Qalatasaray"ın Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbir UEFA-nın Monakodakı inzibati binasında baş tutub.

Turnirdə Türkiyəni təmsil edən "Qalatasaray”ın rəqibləri də müəyyənləşib. İstanbul təmsilçisi püşkatmaya 4-cü səbətdən qatılıb.

"Qalatasaray”ın qrupdakı rəqibləri bunlardır:

I səbətdən: "Mançester Siti”, "Liverpul”

II səbətdən: "Atletiko”, "Ayntraxt”

III səbətdən: "Bodo Qlimt”, "Ayaks”

IV səbətdən: "Yunion”, "Monako”

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk tur oyunları sentyabrın 16-18-də keçiriləcək. Pley-off mərhələsi fevralın 17-18-də, final isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə oynanılacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->