"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin vergi borcu yaranıb.
Valyuta.az-ın məlumatına görə, publik hüquqi şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsinə 42 130 manat vergi borcu var.
Qeyd edək ki, 9 Aprel 2024-cü ildə yaradılan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidməti Publik Hüquqi Şəxsin icraçı direktoru Telman Kərimlidir. O, uzun illər "Azərbərpa" Elmi -Tədqiqat Layihə İnstitunun direktoru vəzifəsində çalışıb.
Şərhlər