Xəbər lenti

Video 23:11 13.04.2026

"Xeyriyyəçi" bazarda araba sürən şəxsin pulunu belə mənimsədi (VİDEO)

Sosial şəbəkədə yardım vədi ilə göndərilən linkə daxil olan şəxsin adına kredit götürüblər. Bunu paytaxt bazarlarından birində araba sürən Zaur Süleymanov iddia edir.

Onun sözlərinə görə, ''TikTok'' sosial platformasında bir nəfərin xeyriyyə məqsədi ilə maddi gəliri az olan şəxslərə yardım etdiyi barədə videosunu görüb.

Zərərçəkmiş bildirir ki, bir müddət sonra bankdan borc barədə məlumat alıb və yalnız bundan sonra aldadıldığını anlayıb.

Onun sözlərinə görə, krediti ödəmədiyi üçün borca əlavə faizlər də hesablanır və bu, maddi vəziyyətini daha da çətinləşdirir.

Məsələ ilə bağlı Zaur Süleymanov Nərimanov rayon 17-ci polis şöbəsinə müraciət etdiyini bildirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov ''Xəzər Xəbər''ə bildirib ki, Zaur Süleymanovun müraciəti üzrə aidiyyəti polis şöbəsində araşdırma aparılır. 

--> -->