"Düşünmürəm ki, ilin sonuna yaxın dövlət tərəfindən tənzimlənən qiymətlərdə hər hansı bir dəyişiklik olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli yeni mövsümdə baş verə biləcək qiymət artımından danışarkən deyib.
Ekspertin sözlərinə görə, bu sahələrdə qiymət artımı ya ilin sonu, ya da yeni ilin ilk həftəsində baş verir:
"İnfliyasiyaya, eləcə də digər sahələrdə qiymət artımına gəlincə, ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində mövsümlə əlaqədar, təqribən noyabr ayından başlayaraq qiymətlər artmağa başlayır. Yeni il qabağı bayram süfrəsi hazırlıqlarına tələbat artdığından ərzaq qiymətlərində kəskin bahalaşma müşahidə olunur".
Natiq Cəfərli Azərbaycanda qiymət artımının daimi bir proses olduğunu xatırladıb:
"Hər ay ərzaq və kənd təsərrüfatı məhsullarının satışında qiymət artımının şahidi oluruq. Amma dövlət tərəfindən tənzimlənən qiymətlərdən söhbət gedirsə, bunu daha çox ilin əvvəlində müşahidə edirik".
Bahar Rüstəmli
Şərhlər