Onlarla İran vətəndaşı quru sərhədlərini keçərək Türkiyəyə gedib.
APA xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, iranlılar Kapıköy sərhəd-keçid məntəqəsi vasitəsilə Türkiyənin Van vilayətinə daxil olublar.
İki anonim mənbənin məlumatına görə, bir sıra ölkələr öz vətəndaşlarını İranı tərk etməyə çağırdıqdan sonra İrandan Türkiyəyə keçənlərin sayında artım müşahidə olunub.
Buna baxmayaraq, İran-Türkiyə sərhədindəki sərhəd nümayəndəsi vəziyyətin fövqəladə olmadığını və sərhəd-keçid məntəqəsinə yaxınlaşan iranlıların sayında ciddi artım olmadığını bildirib.
Qeyd edək ki, İranda bir neçə gündür internet kəsilib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) verdiyi məlumata görə, etiraz aksiyalarında ölənlərin sayı 2571 nəfərdir, minlərlə insan həbs olunub.
Şərhlər