Xəbər lenti

1963-cü ilin bir nömrəli hiti: Rekordu hələ də qırılmayıb (VİDEO)
Video 16:53 19.04.2026

1963-cü ilin bir nömrəli hiti: Rekordu hələ də qırılmayıb (VİDEO)

63 il əvvəl "I Will Follow Him” mahnısı 15 yaşlı qız – Marqaret Battavio (daha çox Little Peggy March adı ilə tanınır) tərəfindən ifa edilərək böyük hitə çevrilib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Prade" yazıb.

Mahnı dərhal "Billboard Hot 100” siyahısında birinci yerə yüksəlib və üç həftə bu mövqedə qalıb. Little Peggy March burda birinci olan ən gənc ifaçı olub və bu rekord bu günə qədər qırılmayıb. 

Qeyd olunur ki, mahnı Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Afrika və Honq-Konq kimi ölkələrdə də birinci yeri tutub, həmçinin R&B siyahısına da liderlik edib. Beləliklə, 15 yaşlı müğənni bu uğura çatan ilk ağ dərili ifaçı kimi tarixə düşüb.

"I Will Follow Him” bu gün də 1960-cı illərin ən tanınmış mahnılarından biri hesab olunur və müxtəlif filmlərdə səslənməyə davam edir. Ən məşhur nümunələrdən biri "Sister Act” ("Dön, bacı”) filmidir.
 

Little Peggy March haqqında nə bilinir?

Böyük uğura baxmayaraq, Little Peggy March dünya miqyasında uzunmüddətli ulduza çevrilməyib. ABŞ mətbuatı onu daha sonra "bir hitlik ifaçı” adlandırıb, lakin Avropada o, daha 10 il səhnədə çıxış edərək populyarlığını qoruyub.

Uğurlu karyerasına baxmayaraq, o dövrdə yetkin olmadığı üçün qazancını tam idarə edə bilməyib – pullar menecer tərəfindən idarə olunub və sonradan onun böyük hissəsinin müqavilə ilə mənimsəndiyi məlum olub.

1970-ci illərin sonunda Little Peggy March aktiv musiqi karyerasını dayandırıb və ailə həyatı qurub.

Aydın
--> -->