Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, günün ilk oyununda "Kəpəz” və "İmişli” komandaları üz-üzə gəlib. Yevlax şəhər stadionunda keçirilən görüş İmişli təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Kamal Umudlunun idarə etdiyi görüşdə yeganə qolu 38-ci dəqiqədə Azər Salahlı vurub.
Beləliklə, Jorj Kaşkilyanın komandası xallarını 29-a çatdıraraq 9-cu pilədə qərarlaşıb və ən yaxın rəqibi "Şamaxı" ilə xal fərqini 3-ə endirib. Gəncə təmsilçisi isə 21 xalla 10-cu yerdə möhkəmlənib.
Turun son matçında isə "Sumqayıt" "Qəbələ"ni sınağa çəkib. Mehdi Hüseynov adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma ev sahibinin qələbəsi ilə yekunlaşıb - 1:0. Görüşdə hesabı 19-cu dəqiqədə Höccət Haqverdiyev açıb.
Saşa İliçin rəhbərlik etdiyi kollektiv çempionatda 9 oyunluq qələbəsizlik seriyasına son qoyub. "Sumqayıt" hazırda 35 xalla 7-ci, "Qəbələ" 19 xalla 11-ci pillədə qərarlaşıb.
Şərhlər