Xəbər lenti

Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı
Ekonomiks 15:07 27.08.2025

Azərbaycanlı xanım Londonda turizm şirkəti yaratdı

Londonda Azərbaycanla bağlı turizm şirkəti yaradılıb. 

Bu barədə Valyuta.az-ın əldə etdiyi eksklüziv məlumatda bildirilib. Məlumata görə, "Azerbaijan Travel LTD” adlı yeni şirkət Böyük Britaniyada qeydiyyata alınıb. Şirkət bu il avqustun 20-də Böyük Britaniyanın "Şirkətlərin dövlət reyestr orqanı" tərəfindən təsdiqlənərək məhdud məsuliyyətli özəl şirkət statusu qazanıb.

Yeni şirkətin hüquqi ünvanı Docklands Business Center, 10-16 Tiller Road, London olaraq göstərilib. Şirkət turizm fəaliyyəti ilə məşğul olmağı planlaşdırır. 

Təsisçi və yeganə səhmdar isə 1996-cı il təvəllüdlü Azərbaycan vətəndaşı Fatimə Ağayevadır. O, şirkətin 100% səhminə sahib olub, həm də direktor kimi qeydiyyata alınıb.

Qeyd edək ki,  2020-ci ildən sonra  Böyük Britaniyanın "Şirkətlərin dövlət reyestr orqanı" Ağayev/ Ağayeva soyadlı bir neçə şirkəti dövlət qeydiyyatına alıb.  Onların arasında Fərəh Ağayeva, Maya Ağayeva, Jalə Ağayeva və başqaları var. Lakin Fatimə Ağayevanın onlarla qohumluq əlaqəsi barədə rəsmi təsdiq yoxdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->