Rusiyanın təcavüzkar dövləti olduğu qeyd edilən Nоvорossiysk yaxınlığında, Qara dənizdə Rusiya Hərbi Dəniz Qüvvələrinin elit bölməsinə məxsus beş dalğıc Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə (QUR) məxsus dəniz dronu tərəfindən məhv edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə 22 avqustda QUR Telegram-da məlumat
yayıb.
"Müxtəlif zərbə dəniz dronlarından biri Novorossiysk buxtasına doğru irəlilədi, burada təcavüzkar dövlət Rusiya Qara dəniz donanmasının qalan iri gəmilərini saxlayır. Elektron mübarizə vasitələrinin təsiri nəticəsində dəniz dronu idarəetmə mərkəzi ilə əlaqəni itirdi və sürüklənməyə başladı”, – məlumatda bildirilir.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya komandanlığı dronun araşdırma məqsədilə sudan çıxarılmasını əmr edib.
"Tapşırığı yerinə yetirmək üçün Rusiya Hərbi Dəniz Donanmasının "PDSS” (Sualtı Diversiya Qüvvələri və Vasitələri) adlanan bölməsindən beş elit dalğıc-kəşfiyyatçı göndərildi. \[...] Ukrayna dəniz dronu ilə manipulyasiya zamanı o partladı – nəticədə beş elit rusiyalı dalğıc-diversant məhv edildi”, – deyə QUR qeyd edib.
Məlumatda vurğulanır ki, PDSS – yüksək ixtisaslı dalğıc-kəşfiyyatçılardan ibarət bölmədir, onların hazırlanmasına ruslar böyük (maliyyə də daxil olmaqla) resurs sərf edir və ən yaxşı avadanlıqla təmin edirlər.
"Novorossiyskdə bazalaşan rus donanmasının şəxsi heyəti arasında komandanlığın ukraynalı dəniz dronunu çıxarmaq barədə mənasız "ət maşını” əmri ciddi narazılıq yaradıb ki, bu da elit qrupun məhvinə səbəb oldu”, – deyə QUR məlumat verib.
Alpər
Şərhlər