Uqandada iki qadın ictimai yerdə öpüşmək və eynicinsli münasibətdə ittiham olunaraq saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” məlumat yayıb.
Polis 22 yaşlı musiqiçi Vendi Feyt və 21 yaşlı Alezi Diana Denizin Arua şəhərində kirayədə yaşadıqları evdə aparılan axtarışdan sonra həbs edildiyini açıqlayıb.
Polisin bildirdiyinə görə, qadınların "cinsi xarakterli qeyri-adi hərəkətlərdə” iştirak etdikləri və ictimai yerdə öpüşdükləri barədə məlumat daxil olub. Hazırda onlar həbsdə saxlanılır və rəsmi ittihamın irəli sürülüb-sürülməyəcəyi hələlik məlum deyil.
Uqandada 2023-cü ildə qəbul edilən qanuna əsasən, eynicinsli münasibətlər ömürlük həbs, ağırlaşdırıcı hallarda isə ölüm cəzası ilə cəzalandırıla bilər.
Günay
Şərhlər