Qış fəsli, bağlı məkanlarda uzun müddət qalmaq və kütləvi tədbirlər infeksiyaların yüksək yayılma riskini artırır. Bu səbəbdən sağlam bir Ramazan ayı keçirmək üçün orqanizmin immun sistemi hər zamankindən daha güclü olmalıdır. Ramazan ayında uzun müddət davam edən aclıq, dəyişən yemək və yuxu rejimi, həmçinin azalan su qəbulu bədənin immun sistemini həssaslaşdıra bilər. Lakin düzgün qida seçimi Ramazanı həm sağlam, həm də güclü keçirmək üçün əsas dəstək vasitələrindən biridir.
Qaynarinfo xəbər verir ki, qidalanma mütəxəssisləri xüsusilə mövsüm meyvə və tərəvəzlərinin vitamin, mineral və antioksidant tərkibi sayəsində bədəni infeksiyalardan qoruyacağını və enerji səviyyəsini balansda saxlamağa kömək edəcəyini vurğulayır, Ramazanda immuniteti gücləndirən 10 əsas qida haqqında məlumat verirlər.
Portağal
Güclü C vitamini mənbəyi olan portağal, infeksiyalara qarşı müdafiədə əsas rol oynayan ağ qan hüceyrələrinin istehsalını dəstəkləyir. Antioksidant təsiri sayəsində hüceyrələri sərbəst radikallardan qoruyur. Həzm zamanı mədə boşalmasını ləngidən lif tərkibi qan şəkərinin ani yüksəlməsinin qarşısını alır. İftardan sonra istehlak edildikdə həm maye təmin edir, həm də təbii şəkər mənbəyi olaraq şirniyyat istehlakını azaldır.
Qırmızı kələm
Qırmızı kələm tərkibindəki bənövşəyi piqmentlərlə güclü antioksidant təsir göstərir, hüceyrələri sindirim sonrası əmələ gələn toksinlərin yaratdığı oksidativ stressdən qoruyur. Çiy halda yeyildikdə çeynəmə müddəti uzun olur və beyin toxluq siqnalını daha sürətli alır. Limon və zeytun yağı ilə salatlarda istehlak edildikdə qida dəyəri artır.
Naringi
Zəngin C vitamini tərkibi ilə bədənin infeksiyalardan qorunmasına, antioksidant təsiri ilə iltihabın balanslaşmasına dəstək olur. Lifli tərkibi qan şəkərinin nəzarətli yüksəlməsinə kömək edir, antioksidant təsiri stressə qarşı immun funksiyalarını tənzimləyir. Yüngül və rahat istehlak oluna bilən naringi Ramazan dövründə vitamin, maye və şirniyyat ehtiyacına dəstək verir, lakin həddindən artıq qəbul edilməməlidir.
Kivi
C və E vitamini kombinasiyası hüceyrə müdafiə mexanizmlərini gücləndirir. Yüksək lif tərkibi bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyin qarşısını alır. Uzun müddət aclıq zamanı tez-tez rast gəlinən həzm problemlərinin azalmasına kömək edir. Tərkibindəki təbii fermentlər protein həzminə və iftar sonrası rahatlığa dəstək verir.
İspanaq
İftar süfrələrində mütləq mövsüm tərəvəzləri yer almalıdır. İspanağın tərkibindəki A və C vitamini bədənin ilk müdafiə xətti olan mukozal baryeri gücləndirir, folat isə hüceyrə yenilənməsini dəstəkləyir. Aşağı kalorili, lakin həcimli bir tərəvəzdir; mədədə doluluq hissi yaradır. Sahurda yumurta ilə birlikdə istehlak edildikdə protein və lif kombinasiyası toxluq müddətini uzadır.
Brokoli
C və K vitamini ilə zəngin brokoli xüsusilə sulforafan sayəsində güclü antioksidant və detoks dəstəyi verir. Lif və su tərkibi yüksək olduğundan mədədə doluluq hissi yaradaraq iftar sonrası ani aclığı azaldır. Buxarda yüngül bişirildikdə qida dəyərləri daha yaxşı qorunur.
Kök
Beta-karotenlə zəngin olan kök xüsusilə zeytun yağı ilə birlikdə istehlak edildikdə daha yaxşı mənimsənilir və A vitamininə çevrilərək immunitet və tənəffüs yollarını qoruyur. Lifli quruluşu sayəsində çiy istehlak edildikdə uzun müddət toxluğu təmin edir və iftarda salatlara əlavə edildikdə qan şəkərinin balanslı yüksəlməsinə kömək edir.
Pırasa
Zəngin prebiyotik və lif tərkibi ilə pırasa bağırsaq mikroflorasını qidalandırır. Güclü bağırsaq mikroflorası, güclü immunitetin göstəricisidir. Eyni zamanda lif tərkibi həzm müddətini uzadır və toxluq hissini artırır.
Limon
C vitamini ilə zəngin limon immun funksiyalarını dəstəkləyir və həzmə kömək edir. İftarda salatlara sıxıldığında bitki mənşəli dəmirin mənimsənilməsini artırır. Mədə turşuluğunu tənzimləyərək dispepsiya və şişkinlik şikayətlərini azalda bilər. İlıq su ilə birlikdə istehlak edildikdə maye qəbulunu artıraraq gün ərzində susuzluğu balanslayır.
Qatıq
Qatıqda olan kalsium və probiotik bakteriyalar immun hüceyrələrini aktivləşdirir. Yüksək protein tərkibi mədə boşalmasını ləngidir. Sahurda istehlak edildikdə gün boyu qan şəkərini tarazlayır, iftarda istehlak edildikdə isə toqluq müddətini uzadaraq şirniyyat istəyini azaldır.
Günay
Şərhlər