Demokratik İslahatlar Partiyası Xocalı soyqırımının törədilməsində əli olan sabiq Ermənistan rəhbərliyinin Azərbaycana gətirilərək Bakı Hərbi Məhkəməsində mühakimə edilməsinə dair təşəbbüs irəli sürüb.
Bu barədə partiyanın Xocalı soyqırımının törədilməsinin 34-cü ildönümü münasibətilə yaydığı bəyanatında bildirilir.
"Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində törətdikləri vəhşiliklərə, hərbi cinayətlərə, ən başlıcası, Xocalı qətliamına görə, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan, Serj Sərkisyan, sabiq müdafiə naziri Seyran Ohanyan və başqaları da Bakı Hərbi Məhkəməsində cavab verməlidirlər.
Demokratik İslahatlar Partiyası Xocalı qatillərinin layiqli cəza almaları üçün Bakıya gətirilməsini və burada mühakiməsini vacib sayır. Azərbaycanla Ermənistan arasında əsl, səmimi sülh o zaman yaranacaq ki, rəsmi İrəvan əli Azərbaycan xalqının qanına batmış, Xocalıda qadın, qoca, uşaq demədən yüzlərlə mülki şəxsi işgəncələrlə qətlə yetirmiş, soyuqda donmağa vadar etmiş şəxsləri ölkəmizə təhvil verərək ədalət məhkəməsində mühakiməsinə şərait yaradacaq” – bəyanatda deyilir.
Şərhlər