Baki şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 135 ünvanında qeydiyyatda olan 2 manatlıq şirkətin 1,6 milyon manatdan yaxın vergi borcu var.
Qaynarinfo-nun məlumatına görə, "Dəmir TC" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1.671.311,11 manat vergi borcu yaranıb.
Nizamnamə kapitalı 2 manat olan və 2018-ci ildə yaradılan şirkətin qanuni təmsilçisi Qasımov Elxan Fərhad oğludur.
Aydın
Şərhlər