Xəbər lenti

1977-ci ilin iki akkordlu hiti yarım əsr ömür sürdü və yenidən 1 nömrə oldu (VİDEO)
Video 18:48 21.04.2026

1977-ci ilin iki akkordlu hiti yarım əsr ömür sürdü və yenidən 1 nömrə oldu (VİDEO)

1977-ci ilin iki akkorddan ibarət hiti yarım əsri geridə qoyaraq yenidən zirvəyə yüksəlib. 

Qaynarinfo "Parade" jurnalına istinadən xəbər verir ki, söhbət "Fleetwood Mac" qrupunun "Dreams" mahnısından gedir. Bu əsər cəmi iki akkord üzərində qurulub. Musiqi prodüseri və pedaqoq Rik Beato həmin sinqlı bütün zamanların ən möhtəşəm mahnısı adlandırıb. O vurğulayıb ki, məhz sadəlik bu əsəri bu qədər güclü edir. 

Beatonun seçimi bəzən məntiqə zidd görünən bir fikri ön plana çıxarır: ən sadə mahnılar çox vaxt ifa edilməsi ən çətin olanlardır.

"Əslində yalnız iki akkorddan ibarət olan bir neçə hit mahnı var", deyə o bildirib.

Beatonun sözlərinə görə, Dreams kimi mahnıları xüsusi edən onların sadə quruluşa baxmayaraq bütöv və tam bir əsər kimi səslənməsidir.

"Onların tam bir mahnı kimi səslənməsinin səbəbi güclü kupletlərə və daha da güclü refrenlərə sahib olmalarıdır", deyə prodüser əlavə edib.


"Fleetwood Mac" qrupunun "Dreams" mahnısı - Nə bilmək lazımdır?

Qeyd edək ki, bu mahnı vaxtilə ABŞ-ın "Billboard Hot 100" hit-paradında qrupun bir nömrəyə yüksələn yeganə sinqlı olub. Bundan əlavə, trek "Rolling Stone” jurnalının "Bütün zamanların ən yaxşı 500 mahnısı” siyahısında 9-cu yerdə qərarlaşıb.

Mahnı Stilvi Niks tərəfindən təxminən 10 dəqiqəyə yazılıb. Bu, qrup üçün emosional gərginliklə dolu bir dövrdə – "Rumours" albomunun yazılması və kollektiv daxilində münasibətlərin pozulması zamanı baş verib.

Jurnalın yazdığına görə, mahnının minimalist səslənməsi onun mistik təsirini daha da artırır. Sabit baraban ritmi və "hava kimi yüngül” instrumental müşayiət üzərində qurulan "Dreams" mürəkkəblikdən çox atmosferə fokuslanır. Bu da Stilvi Niksin vokalının ön plana çıxmasına imkan verir.

Onun təsiri isə azalmayıb. 2020-ci ildə mahnı yenidən hit-paradlara qayıdıb. 40 ildən çox vaxt keçdikdən sonra viral bir video yeni nəsli bu mahnı ilə tanış edib və sinql yenidən "Billboard Hot 100" siyahısına düşüb. Bu uzunömürlülük təsadüfi deyil: mahnının emosional aydınlığı və musiqi sadəliyi onu zamanın təsirindən kənar saxlayır.

Aydın

--> -->