Şirkət rəhbərləri ilə əməkdaşlar arasındakı etimad uçurumu sürətlə dərinləşir.
Qaynarinfo xəbər verir ki, HP şirkətinin hazırladığı 2025-ci il İş Əlaqələri İndeksi əməkdaşların yüksək vəzifəli rəhbərlərə inamının rekord səviyyədə azaldığını göstərib.
Böyük Britaniyada sorğuda iştirak edən əməkdaşların yalnız 14 faizi şirkət rəhbərliyinin düzgün qərarlar verəcəyinə inanır. Bu ciddi etimad çatışmazlığı işçiləri iş yerində yeni bir dəstək vasitəsinə yönəldib – süni intellektə (Al).
Araşdırmaya əsasən, əməkdaşların böyük əksəriyyəti rəhbərliyin çatışmadığı iki əsas sahəni vurğulayıb: empatiyanın olmaması (86 faiz) və şəffaf ünsiyyətin zəifliyi (86 faiz).
Etimad böhranı təkcə ünsiyyətlə məhdudlaşmır; iştirakçıların 41 faizi şirkətlərinin insanlardan çox mənfəəti ön plana çəkdiyini düşünür. Keçən illə müqayisədə 12 bəndlik azalma ilə yüksək rəhbərliyə etimadın bu qədər düşməsi, işçilərin özlərini kifayət qədər dəstəklənmiş hiss etmədiklərini sübut edir.
Süni intellekt rəhbərlik boşluğunu doldurur
Rəhbərlikdəki bu boşluq, texnologiyanın iş yerlərində gözlənilməz bir rol oynamasına səbəb olub. Süni intellekt kimi yeni vasitələr, əməkdaşlara işlərinin gedişatında daha çox nəzarət və müstəqillik imkanı verir.
Hazırda Böyük Britaniyada əməkdaşların 3/4-ü (76 faiz), məhsuldarlıq, məzmun yaradılması və məlumat analizi kimi sahələrdə süni intellektdən istifadə edir. Hətta işində xoşbəxt olduğunu bildirənlərin 1/5-i, şirkətin təqdim etdiyi süni intellekt alətlərini gündəlik iş rutininin bir hissəsinə çevirib. Bu, düzgün texnoloji vasitələrin işçi məmnuniyyətinə nə qədər ciddi təsir göstərdiyini sübut edir.
HP-npn Şimali Avropa üzrə baş direktoru Neil Savyer vəziyyəti belə izah edib: "Süni intellektə çıxışı demokratikləşdirən, təlim təmin edən və texnologiyanı gündəlik iş axınına inteqrasiya edən müəssisələr artıq daha yüksək məmnuniyyət və sadiqlik səviyyələri müşahidə edir".
Texnologiyanın verdiyi bu dəstək yalnız məhsuldarlığı deyil, həm də iş və şəxsi həyat balansını yaxşılaşdırır. Əməkdaşların 3/4 (76 faiz) texnologiyanın iş-həyat balansına müsbət təsir etdiyini bildirib. Bu da göstərir ki, məhsuldarlıq alətləri təkrarlanan və inzibati tapşırıqlardan azad edərək işçilərə nəfəs alma imkanı yaradır.
Z nəsli müstəqillik üçün maaşdan imtina edir
Əməkdaşlar yalnız texnologiyadan deyil, həm də daha çox çeviklik və müstəqillikdən faydalanmaq istəyirlər. Araşdırmanın diqqətçəkən nəticələrindən biri, Z nəslinə mənsub işçilərin beşdə dördünün daha çox elastiklik və işlərini sərbəst şəkildə yerinə yetirmək imkanı qarşılığında maaşlarının bir hissəsindən könüllü şəkildə imtina etməyə hazır olmasıdır. Bu, yeni nəsil üçün maaşdan əlavə dəyərlərin nə qədər önəmli olduğunu göstərir.
HP şirkəti gələcək üçün işəgötürənlərə üç əsas istiqamətə diqqət yetirməyi tövsiyə edir:
Rəhbərlik: Açıq ünsiyyəti təşviq etmək üçün empatiya və şəffaflıqla idarəetmə.
İnvestisiya: Əməkdaşları lazım olan resurslarla təmin etmək üçün alətlərə və bacarıqlara sərmayə qoymaq.
Çeviklik: Əməkdaşlara daha çox müstəqillik vermək üçün hibrid iş modellərini gücləndirmək.
Aydın
Şərhlər