Xəbər lenti

Təhlükəsiz və maraqlı tək səyahət üçün 15 məsləhət
Dünya 20:55 11.10.2025

Təhlükəsiz və maraqlı tək səyahət üçün 15 məsləhət

Turizm sənayesi sürətlə dəyişir. İndi iki əsas tendensiya müşahidə olunur: getdikcə daha çox insan tək səyahət edir və bu səyahətçilərin arasında qadınların sayı artır. 

Qaynarinfo xəbər verir ki, "Lonely Planet” portalı təcrübəli səyahətçilərin fikirlərini toplayaraq tək səyahət edən qadınlar üçün faydalı məsləhətlər siyahısı hazırlayıb.

1. Qadın ev sahiblərindən yaşayış yeri kirayələyin - Xüsusilə ev heyvanları olan qadınların kirayəyə verdiyi mənzillər daha etibarlı seçim sayılır.

2. Tək səyahətə tədricən başlayın - Əvvəlcə bir günlük gəzintiyə və ya yaxınlıqdakı muzeyə tək gedərək özünüzü bu təcrübəyə alışdırın.

3. Hostel variantını nəzərdən keçirin - Hostellər tək səyahət edən insanlarla tanış olmaq üçün yaxşı fürsətdir. Bir çox hostellərdə ayrıca otaq kirayələmək mümkündür.

4. Qrup turlarına qoşulun - Tək səyahətdən çəkinirsinizsə, qrup ekskursiyalarına yazılın — həm özünüzü təhlükəsiz hiss edər, həm də yeni insanlarla tanış olarsınız.

5. Musiqi dinləyin - Səyahət zamanı sevdiyiniz musiqi sizi psixoloji cəhətdən rahatladacaq. Eyni zamanda qulaqcıq, ətrafdakı insanlara danışmaq istəmədiyinizi göstərən siqnal kimi də qəbul edilir.

6. Özünüzlə kitab götürün - Gözləmə anlarında — qatarda, restoranlarda və ya dayanacaqlarda — kitab vaxtınızı xoş keçirməyə kömək edəcək.

7. Özünüzə düşünmək üçün vaxt ayırın - Tək səyahət, gündəlik həyatda vaxt tapmadığınız düşüncələrə yönəlmək üçün ideal fürsətdir.

8. Yeni dostlar qazanın - Kafedə, muzeydə və ya hosteldə qısa söhbətlər belə maraqlı təcrübələr yarada bilər.

9. Dincəlmək üçün günlər planlaşdırın - Bütün günləri ekskursiyalarla doldurmayın. Dincəlmək, yuxunu bərpa etmək və sadəcə sakit vaxt keçirmək üçün də vaxt ayırın.

10. Turist tətbiqlərindən istifadə edin - Müasir mobil tətbiqlər sayəsində siz bələdçisiz və yerli dili bilmədən də şəhərləri kəşf edə bilərsiniz.

11. Yerli mətbəxi dadın - Restorana tək getmək sizi narahat edirsə, şəhərdəki gastronomik turlardan birinə yazılın.

12. Enerji bankı götürün - Tək səyahətdə telefonunuzu naviqasiya və çəkiliş üçün daha çox istifadə edəcəksiniz. Ona görə də enerji bankı vacibdir.

13. Yoldaş gözləməyin - Uzun zamandır getmək istədiyiniz yerə tək getməkdən çəkinməyin — bəzən ən yaxşı səyahət elə tək olanıdır.

14. Sosial şəbəkələrdən ölçü ilə istifadə edin - Təhlükəsizlik baxımından, real vaxtda harada olduğunuzu paylaşmaqdan çəkinin.

15. Yaxınlarınıza harada olduğunuzu bildirin - İnternetdə paylaşmaqdan qaçsanız da, ən azı bir yaxınınız harada olduğunuzu bilməlidir. Bu, təhlükəsizlik üçün vacibdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->