"Şair Məmməd İsmayıl dəfn olundu. Amma şairin dəfn mərasiminə Yazıçılar Birliyindən qatılan olmayıb”.
Bunu Qaynarinfo-ya şair Ehtiram İlham deyib. O, mərhumun vəsiyyətinə uyğun dəfn oldunduğunu bildirib:
"Yaşadığı evin həyətində vida mərasimi keçirildi. Müəyyən adamlar çıxış elədi. Sonra "Ruhani” havası çalındı. Onun sədaları altında Məmməd İsmayıl dəfn olundu”.
Qeyd edək ki, şair Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. Uzun sürən xəstəlikdən sonra Məmməd İsmayıl avqustun 19-da dünyasını dəyişib.
Bahar Rüstəmli
Şərhlər