Türkiyənin Çanaqqala əyalətinin Ayvacıq rayonunda - Egey dənizində qanunsuz miqrantları daşıyan qayıq saxlanılıb.
Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Sahil Mühafizəsi Komandanlığının "MORAD-12” mobil radarı Ayvacıq sahilləri yaxınlığında hərəkətdə olan fiber gövdəli rezin qayıqda bir qrup qanunsuz miqrant aşkar edib.
Məlum olub ki, qayıqda Avropaya qanunsuz miqrasiya etmək istəyən 31 miqrant var. Onların hamısı Əfqanıstan və Azərbaycan vətəndaşları olub. Saxlanılan şəxslərdən 9-u uşaqdır.
Xarici vətəndaşlar prosedurlar tamamlandıqdan sonra Ayvacıq Miqrantların İlkin Qəbul və Yönləndirmə Mərkəzinə təhvil verilib.
Aydın
Şərhlər