Xəbər lenti

Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi (FOTO)
Foto 11:46 27.05.2026

Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi (FOTO)

Ülviyyə Həmzəyeva yenidən Naxçıvan Rəssamlar Birliyinin sədri seçilib.

Qaynarinfo xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin VI Konfransı keçirilib.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Ülviyyə Həmzəyeva hesabat məruzəsi ilə çıxış edib.

Açıq səsvermə yolu ilə keçirilən seçkidə iştirakçılar Ülviyyə Həmzəyevanın namizədliyini dəstəkləyərək onu yenidən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri seçiblər.

Konfransda həmçinin Birliyin son beş illik fəaliyyəti müzakirə olunub, görülən işlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
--> -->