Ukraynanın "Fire Point” şirkətində artıq FP-5 "Flamingo” qanadlı raketləri ayda 30 ədədə qədər yığılır.
Qaynarinfo "Associated Press”ə istinadla xəbər verir ki, oktyabr ayına qədər bu göstəricinin 210 raketə çatdırılması
planlaşdırılır.
"Defense Express” yazır ki, "Flamingo” raketini uzaqmənzilli zərbə dronu FP-1-i istehsal edən eyni şirkət buraxır.
Həmçinin yeni raketin, fevral 2025-də IDEX-2025 sərgisində "Milanion Group”un təqdim etdiyi maketlə "qohumluğu” da təsdiqlənib.
Yayımlanmış foto və videolarda artıq buraxılış qurğularına yerləşdirilmiş bir neçə hazır FP-5 raketi, eləcə də istehsalın son mərhələsində olan digər nümunələr görünür.
FP-5 "Flamingo”nun texniki göstəriciləri bunlardır:
Uçuş məsafəsi: 3000 km
Maksimal sürət: 950 km/saat
Kruiz sürəti: 850–900 km/saat
Maksimal qalxış çəkisi: 6 ton
Döyüş başlığının çəkisi: 1 ton
İdarəetmə sistemi: Peyk naviqasiyası və inersial
Raket sabit düz qanad və füzelyaj üzərində yerləşən mühərrikə malikdir. Bu konstruksiya istehsalı sadələşdirir. Lakin çatışmazlıqlardan biri — uzunmüddətli starta hazırlıq vaxtı ola bilər.
Xatırladaq ki, yaxınlarda Prezident Vladimir Zelenski "Flamingo” raketinin kütləvi istehsalını elan etmişdi. O, "Flamingo”nu Ukraynanın malik olduğu "ən uğurlu raket” adlandırmışdı. Bununla belə, hələlik ölkə bu silahı çoxlu sayda tətbiq edə bilmir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini İqor Romanenko isə bildirib ki, bu ilin sonuna qədər "Flamingo”nun ilk döyüş tətbiqi baş tuta bilər.
Alpər
Şərhlər