Xəbər lenti

25 il yaşadığı qadının başına pult çırpıb Türkiyəyə getdi - Qayıdanda həbs edildi
Ölkə 15:43 21.08.2025

25 il yaşadığı qadının başına pult çırpıb Türkiyəyə getdi - Qayıdanda həbs edildi

25 il qeyri-rəsmi birlikdə yaşadığı qadının başına televizor pultu çırpan şəxs Türkiyədən qayıdarkən Bakı hava limanında saxlanılıb. 

Qaynarinfo-nun məlumatına görə, 1980-ci ildə Gədəbəy rayonunda doğulmuş Elfaq Qasımov (soyad şərti) barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb və məhkəmədə baxılıb. 

Məlum olub ki, Elfaq 25 il qeyri-rəsmi ar-arvad kimi yaşadığı, 3 övladının anası olan G.Q. ilə aralarında yaranan mübahisə zamanı televizor pultunu onun başına vurub. Nəticədə qadınına sağ təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan xəsarət yetirib. 

Elfaq hadisədən sonra heç nə olmamış kimi doulduğu Gədəbəy rayonuna yollanıb və əlində infeksiya yarandığı üçün müalicə məqsədi ilə Türkiyə yola düşüb. O, müalicə alaraq geri qayıdarkən hava limanında saxlanılıb. 

Məhkəmənin qərarı ilə Elfaqa 7 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, cəza çəkdiyi müddətdə elekron qolbaqda gəzəcək. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->