Xəbər lenti

2026-ci ilin dövlət büdcəsində uşaqpulu məsələsi gündəmə gələ bilər? - Deputat
Ekonomiks 18:24 21.08.2025

2026-ci ilin dövlət büdcəsində uşaqpulu məsələsi gündəmə gələ bilər? - Deputat

"Hər il yeni tədris ili ərəfəsində məktəb yaşlı uşaqların olduğu ailələrdə əlavə qayğılar yaranır. Bu da təbiidir. Çünki hər bir ailə məktəb yaşlı övladlarının məktəb geyimləri, ləvazimatları ilə təmin olunması üçün ailə büdcəsindən əlavə vəsait ayırmaq məcburiyyətindədirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə uşaqpulu verilməsi ilə bağlı müzakirələrin yenidən gündəmə gəlməsindən danışarkən deyib. 

Deputat qeyd edib ki, aztəminatlı, sosial vəziyyəti ağır olan ailələrdə uşaqpulunun verilməməsi müəyyən problemlər yaradır:

"Məktəb dərslikləri pulsuz verilir. Əksər ailələr 2-3 uşağa məktəbli geyimləri almağa məcburdur. Eyni zamanda məktəbli çantaları, digər ləvazimatların alınmasına da əlavə xərc çıxır. Aşağı və yuxarı siniflər üçün vəsait həcmi müxtəlifdir. Amma istəlinən halda aztəminatlı ailələr qayğılarla, müəyyən problemlərlə üzləşmiş olur. Əvvəllər belə bir ənənə vardı: aztəminatlı ailələrin məktəbli uşaqlarına məktəb tərəfindən geyimlər alınırdı. İndi təəssüflər olsun, belə bir ənənə yoxdur. Bu da həmin ailələr üçün problemlər deməkdir".



Arzuxan Əlizadə məsələ ilə bağlı dəfələrlə müzakirələrin açıldığını xatırladıb:

"Yeni tədris ili ərəfəsində məktəb yaşlı uşaqlara uşaqpulunun və əlavə olaraq dəstək verilməsi gündəmə gəlir. Bu tədris ili üçün əlavə vəsaitin ayrılması nəzərdə tutulmur. Əslində dövlət büdcəsi təsdiqlənib".

Deputat əlavə edib ki, 2025-ci ilin dövlət büdcəsində bununla bağlı məsələ gündəmdə deyil:

"Amma 2026-ci ilin dövlət büdcəsi müzakirə olunan zaman istisna edilmir ki, bununla bağlı məsələ gündəmə gəlsin və müvafiq qərar qəbul edilsin. İndidən bunu demək mümkün deyil. Bununla bağlı konkret məlumatım olmadığından nəsə deyə bilmirəm. Amma istisna etmirəm ki, növbəti tədris illərində bu məsələ gündəmə gələrkən əlavə dəstək ifadə olunması ilə bağlı Azərbaycan hökumətinin qərarı ola bilər”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->