Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Vladimir Putin yalnız ən yüksək səviyyədə müzakirə olunmalı bütün məsələlər yaxşı hazırlanarsa, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mediası yazır.
Onun sözlərinə görə, Alyaskanın Ankoric şəhərində Rusiya prezidenti ilə ABŞ lideri Donald Tramp arasında keçirilən sammitdə münaqişənin həlli üçün çərçivələr və parametrlərin müəyyənləşdirilməsində ciddi irəliləyiş əldə olunub.
Lavrov əlavə edib ki, Ukrayna ilə sazişlərin imzalanması mərhələsinə çıxılacağı halda, "Kiyevdən imza atan şəxsin legitimliyi məsələsi” həll olunmalıdır.
Rusiya XİN başçısı həmçinin vurğulayıb ki, Ukrayna ərazisində xarici qoşunların mövcudluğu Moskva üçün tamamilə qəbuledilməzdir. Onun sözlərinə görə, Avropa bu yolla "xarici müdaxilə” təklif edir.
"Rusiya 2022-ci ildə İstanbulda razılaşdırılmış təhlükəsizlik zəmanətlərinin prinsiplərini dəstəkləyir, qalan hər şey isə "perspektivsiz planlardır”, – deyə Lavrov əlavə edib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan etmişdi ki, onun ölkəsi Zelenski və Putin arasında danışıqlar təşkil etməyə hazırdır. Nazir vurğulamışdı ki, "əgər biz lazım olsaq, belə sülh danışıqları üçün lazımi ədalətli və təhlükəsiz şəraiti təmin etməyə hazırıq”.
Eyni zamanda, Ukrayna prezidenti Zelenski də Putinin Budapeştdə görüşmə ehtimalını şərh edib. O bildirib ki, görüş yeri kimi Avropanın neytral ölkələrindən birini seçmək daha ədalətli olardı.
"Budapeştin platforma olması barədə isə – mənə elə gəlir ki, bu gün bu, çətin məsələdir. Çətindir, çünki Avropanın bütün ölkələri bu müharibədə Ukraynanı dəstəkləyir. Və açıq deyək ki, Budapeşt bizi dəstəkləmədi. Mən demirəm ki, Orbanın siyasəti Ukraynanın əleyhinə olub, amma Ukraynanın dəstəklənməsinin əleyhinə olub”, – deyə dövlət başçısı vurğulayıb.
Alpər
Şərhlər