Xəbər lenti

Ceyhun Bayramov Hakan Fidanla regionda təhlükəsizlik vəziyyəti müzakirə etdi
Ölkə 22:36 13.01.2026

Ceyhun Bayramov Hakan Fidanla regionda təhlükəsizlik vəziyyəti müzakirə etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.

Telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.
--> -->