"Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
Qaynarinfo xəbər verir ki, sol cinah müdafiəçisi Rüfət Abbasov artıq "Neftçi” ailəsinin üzvüdür.
21 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, "3” nömrəli formanı geyinəcək.
"Neftçi”nin yetirməsi olan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib.
Son iki mövsümdə "Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.
Şərhlər