Türkiyədə UNESCO tərəfindən qorunan ilk abidə olan Divriği Ulu Məscidi və Xəstəxanası təkcə özünəməxsus memarlıq xüsusiyyətləri ilə deyil, digər naməlum xüsusiyyətləri ilə də seçilir
Qaynarinfo xəbər verir ki, sənət tarixçisi Onur Aydının sözlərinə görə, hovuzdan çıxan su səsi mükəmməl akustik yayılma ilə xəstələrin ruhi və fiziki cəhətdən rahatlamasını təmin edib.
Həmin dövrdə bu üsulla xəstələrin müalicə oluna bildiyi yeganə nümunə kimi göstərmək mümkündür. Bu xüsusiyyətlər Divriği Ulu Məscidinin dünya üzərində bənzərsiz bir irs olduğunu sübut edir.
Sivasın Divriği rayonunda 1228-ci ildə Anadolu Səlcuqları dövründə Mengücəklilər hakimiyyətinə mənsub Şah Süleyman şahın oğlu Əhməd Şah və həyat yoldaşı Melike Turan xanım tərəfindən inşa etdirilən Ulu Məscidi və Xəstəxanası Türkiyədə UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil edilən ilk monumental əsər olmuşdu.
Əsərin baş memarı Muğis oğlu Ahlatlı Hürrem şah tərəfindən inşa edilən cami üzərindəki naxışlar və memarlıq özəllikləri qədər daxili akustik sistemi ilə də seçilir. Məscidin müəyyən bölmələrində çıxarılan səs heç bir texnoloji cihaz olmadan binanın hər tərəfinə bərabər şəkildə yayılır. Bu akustika sistemi bu gün də alimləri valeh edir.
Onur Aydın bildirib ki, məsciddə istifadə edilən daşların quruluşu, günbəz həndəsəsi və daxili boşluqların bölgüsü nəticəsində səs əks-səda yaratmadan çox aydın və bərabər şəkildə yayılır: "Məsələn, mehrabın önündə ən kiçik bir söz deyildikdə belə məscidin digər guşələrindən aydın eşidilir. Bu isə dövrün texnologiyası olmadan möhtəşəm bir mühəndislik nümunəsinin ortaya qoyulduğunu göstərir".
Xəstəxana hissəsində isə ortada yerləşən hovuzun su səsi ilə ağıl və ruh xəstələrinin müalicə olunduğu qeyd olunur: "Hovuzdan çıxan su səsi mükəmməl akustik yayılma ilə xəstələrin həm ruhsal, həm də fiziki rahatlamasına səbəb olub. Bu, o dövr üçün yeganə nümunədir və Divriği məscidini dünya miqyasında misilsiz bir irsə çevirir".
Aydın
Şərhlər