Xəbər lenti

ABŞ, İsrail və Kanada vətəndaşları Azərbaycan sanatoriyalarına niyə üz tutur?
Ekonomiks 18:18 27.02.2026

ABŞ, İsrail və Kanada vətəndaşları Azərbaycan sanatoriyalarına niyə üz tutur?

"Azərbaycanda turizmin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar, potensial mövcuddur. Konfederasiyada aparılan islahatlara uyğun olaraq idarəetmənin səmərəliliyinin artırılması məqsədilə müalicə və istirahət mərkəzləri Kurort Qapalı Səhmdar Cəmiyyətində birləşdirilib".

Qaynarinfo xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsində keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda dinləmədə çıxışı zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov deyib.

AHİK sədri qeyd edib ki, ötən dövr ərzində ABŞ, İsrail, Kanada və MDB ölkələrindən olan şəxslər bizim sanator-kurort müalicələrinə müraciət edib və xidmətlərdən yararlanıb:
 
"Sual ola bilər ki, ABŞ, Kanada və İsrail kimi inkişaf etmiş ölkələrin vətəndaşları bizim sanatoriyalara müraciət edirlər. Onlar Sovet dönəmində bu sanator-kurort müalicələrindən istifadə etmiş insanlardır. Bizim sanator-kurort müalicə mərkəzləri həmin ölkələrə miqrasiya ediblər. Onlar məhz həmin dövləri xatırlamaq, nostalji hissləri yaşamaq üçün bizim sanator-kurort müalicə mərkəzlərinə üz tuturlar və razı şəkildə bizdən ayrılırlar".

Qafqaz Rafiqoğlu


--> -->