Xəbər lenti

Dünyanın ən mərhəmətli hakimi vəfat etdi
Dünya 11:53 21.08.2025

Dünyanın ən mərhəmətli hakimi vəfat etdi

ABŞ-ın məşhur hakimi Frank Kaprio uzun müddətdir mübarizə apardığı mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, veteran hakim 88 yaşında vəfat edib.

Sosial şəbəkələrdə yayılan videoları ilə milyonlarla insana təsir edən Kaprio göstərdiyi "şəfqətli və nəzakətli" yanaşması ilə bütün dünyanın rəğbətini qazanmışdı.

Ailəsi onun vəfatı ilə bağlı elanı sosial mediada paylaşıb: "Mədəaltı vəzi xərçəngi ilə uzun və cəsarətli bir mübarizənin ardından sakitlik içində dünyadan köçdü. O, yalnız hörmət edilən bir hakim kimi deyil, həm də sadiq bir həyat yoldaşı, ata, baba və dost kimi xatırlanacaq".

Frank Kaprio son paylaşımında xəstəxanada olduğunu bildirərək, insanlardan dualarında onu yad etmələrini istəmişdi.

Providens Bələdiyyə Məhkəməsinin baş hakimi kimi uzun illər xidmət göstərən Kaprio televiziyada yayımlanan "Caught in Providence" proqramında çıxardığı qərarlarla tanınırdı. O, səmimi davranışı, zarafatcıl üslubu və empatiya ilə dolu ədalət anlayışı sayəsində təkcə ABŞ-da deyil, bütün dünyada insanların qəlbində xüsusi yer tutmuşdu.

60 il həyat yoldaşı Cois E. Kaprio ilə ailə həyatı quran Frank Kaprionun 5 övlad və 7 nəvəsi var.

Rod-Aylend ştatının qubernatoru Den Maki mərhum hakim barədə deyib: "O, sadəcə xalqa xidmət etmədi, həm də onlarla insani bir bağ qurdu. Ədaləti insanlıqla birləşdirərək bir simvola çevrildi".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->