Xəbər lenti

Elvin Mbappeyə nə deyib? - Özü açıqladı
Video 14:08 11.10.2025

Elvin Mbappeyə nə deyib? - Özü açıqladı

Yığmamızın futbolçusu Elvin Bədəlov ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunda Mbappe ilə dialoqundan danışıb. 

Bu barədə o "Qafqazinfo”ya açıqlama verib. 

Futbolçu ondan zədəsini soruşduğunu bildirib: "Əslində zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də. Cavab verdi ki, "ağrım var, bir azdan əvəzetmə istəyəcəyəm”. Başqa söhbət olmayıb”.

Xatırladaq ki, futbolçuların dialoquna dair görüntülər ötən gündən bəri müzakirə mövzusuna çevrilib.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->