Xəbər lenti

Hokinqin dünyanı şoka salan fotosu - Ailəsindən açıqlama
Dünya 14:12 26.02.2026

Hokinqin dünyanı şoka salan fotosu - Ailəsindən açıqlama

Dünyaca məşhur fizik Stiven Hokinq adı ABŞ-ın maliyyəçi Cefri Epşteyn ilə bağlı sənədlərdə yer alan bir foto səbəbilə yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə geniş yayılan görüntüdən sonra Hokinqin ailəsi açıqlama verərək iddiaların əsassız olduğunu bildirib.

Qaynarinfo xəbəe verir ki, ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə açıqladığı sənədlərdə yer alan fotoda Hokinqin yanında bikini geyinmiş iki qadın görünür. Ailənin bildirdiyinə görə, həmin qadınlar sosial mediada irəli sürüldüyü kimi şübhəli şəxslər deyil, alimin uzun müddət onunla çalışan baxıcıları olub.

Məlumata görə, foto 2006-cı ildə Karib dənizində yerləşən St. Thomas adasında keçirilən elmi konfrans zamanı çəkilib. Həmin dövrdə Hakinq amiotrofik lateral skleroz (ALS) xəstəliyindən əziyyət çəkdiyi üçün daim tibbi və fiziki dəstəyə ehtiyac duyurdu.
 


Ailə açıqlamasında qeyd edib ki, Hakinq 20-ci əsrin ən görkəmli fiziklərindən biri olub və fotonun kontekstdən çıxarılaraq fərqli şəkildə təqdim edilməsi "son dərəcə əsassız və ədalətsizdir”. Bildirilib ki, alimin sağlamlıq vəziyyəti və yanında olan tibbi personalın rolu nəzərə alınmadan yayılan iddialar yanlış təsəvvür yaradır.

Qeyd olunub ki, Epşteyn sənədlərində Hakingin adı bir neçə dəfə çəkilsə də, bu, alimə qarşı hər hansı rəsmi ittiham və ya hüquqi sübut demək deyil. Haking 2006-cı ildə həmin elmi tədbirdə iştirak edib, lakin ona qarşı heç vaxt cinayət ittihamı irəli sürülməyib. Görkəmli alim 2018-ci ildə vəfat edib.

Günay

--> -->