Xəbər lenti

İrana hücum olundu: Təxminən 30 obyektə zərbə endirilib  (FOTO)
Dünya 10:37 28.02.2026

İrana hücum olundu: Təxminən 30 obyektə zərbə endirilib (FOTO)

İsrail İrana qabaqlayıcı zərbə endirib.

Qaynarinfo xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.
 
Müdafiə Nazirliyi bütün ölkə boyu fövqəladə vəziyyət rejimi elan edib.
 
***

Hazırda İran ərazisi üzrə ölkə liderinin evi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qərargahı da daxil olmaqla təxminən 30 obyektə zərbə endirilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Nuw100" məlumat yayıb.

Yüksək vəzifəli təhlükəsizlik rəsmisinin sözlərinə görə, hücumlar ABŞ ilə birgə həyata keçirilib və bir neçə ay ərzində diqqətlə planlaşdırılıb. Zərbələrin Tehranın şərqində, Sindhindan bölgəsində qeydə alındığı bildirilir.

"MOSSAD" İran vətəndaşlarına müraciət edərək onlara dəstək ifadə edib: "Biz sizinləyik, birlikdə İrana onun şöhrətli günlərini qaytaracağıq. Özünüzü qoruyun”.

Məlumata əsasən, Tehranda hücumların yeni dalğası davam edir ki, bu da əməliyyatın miqyasını və koordinasiyasını təsdiqləyir.


--> -->